Accessibility links

Koroğlu körpüsündə intihar etmək istəyən insanın həyatı xilas edilib


İnithar etmək istəyən Yusif Əmirov
İnithar etmək istəyən Yusif Əmirov

Yusif Əmirov 14 il günahsız olaraq həbsdə yatdığını bildirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri bu gün Bakıda Koroğlu körpüsündən özünü ataraq intihar etmək istəyən şəxsin həyatını xilas edib.

FHN-nin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, intihar etmək istəyən şəxs 1952-ci il təvəllüdlü Yusif Əmirovdur. O, günahsız olaraq 14 il həbsdə qaldığını və azadlığa çıxandan sonra ona qarşı cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını bildirib. Əmirovun əlində benzin də olub. O, özünə od vuraraq intihar edəcəyini bildirib.

“Xilasedicilər öncə xilasetmə yastığı açıb və Əmirovla söhbət nəticəsində onun kəndir vasitəsi ilə yüksəklikdən endirilməsinə nail olub. Əmirov hər hansı xəsarət almadan xəstəxanaya yerləşdirilib” mətbuat xidmətindən bildiriblər.

Koroğlu körpüsü nəqliyyatın intensiv hərəkətdə olduğu Heydər Əliyev prospektində yerləşir. Bu səbəbdən yolda böyük tıxac yaranıb.

XS
SM
MD
LG