Accessibility links

Korrupsiyaya qarşı mübarizə idarəsi vəzifəli şəxsləri rüşvət alarkən yaxalayıb


İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)
İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

Hər iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Abşeron rayon sakininə işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynov ondan 500 manat pul alarkən cinayət başında yaxalayıb.

Bununla yanaşı, Korrupsiyaya qarşı mübarizə idarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramovu komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakinindən əlillik təyin olunması ilə əlaqədar 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalayıb.

Baş prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hər iki faktla bağlı Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə Yavər Hüseynov və İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG