Accessibility links

REAL-ın ofisində ABŞ səfirliyinin rəsmiləri ilə görüş olub


Yanvarın 28-də REAL Hərəkatının ofisində təşkilatın icra katibi Natiq Cəfərli və idarə heyətinin üzvləri Erkin Qədirli, Azər Qasımlı və Rəsul Cəfərov ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi şöbəsinin müdiri Zia Syed və səfirliyin təmsilçisi Uilliam Solli arasında görüş keçirilib.

REAL-ın icra katibi Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər, inkişaf perspektivləri, REAL sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son 2 gündə REAL-a qarşı artmaqda olan təzyiqlər müzakirə edilib.

Görüşün sonunda müzakirələrin davamlı aparılması qərara alınıb.

Xatırladaq ki, yanvarın 19-da REAL-ın ofisində İran səfirliyinin rəsmisi ilə görüşdən sonra yerli mediada bu təşkilatın rəhbərləri ilə bağlı ittiham iddialı məqalə dərc olunub. Baş Prokurorluq məqalə ilə bağlı araşdırmaya başladığını bildirib. Bu gün REAL-ın təmsilçisi prokurorluğa dəvət edilib.

RAEL ittihamları rədd edib və məqalənin sifarişlə yazıldığını bildirib.

XS
SM
MD
LG