Accessibility links

Şimali Koreya daha bir uğursuz raket sınağı həyata keçirib


Şimali Koreya daha bir uğursuz raket sınağı həyata keçirib. Bu, ABŞ-ın bu kimi provokativ əməllərin ciddi nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlığına cavab mahiyyəti daşıyır.

Ağ Evin xarici siyaət məsələləri üzrə müşaviri Şimali Koreyanın sınaqdan çıxardığı raketin ortamənzilli olduğunu və havaya buraxıldıqdan 4-5 saniyə sonra ölkənin qərb sahillərinə düşdüyünü bildirib.

Vitse-prezident Mayk Penslə Asiyaya səfər edən müşavir ABŞ-ın raket sınağından əvvəl və sonra kəşfiyyat məlumatlarına malik olduğunu deyib.

Tramp administrasiyasının sınaq uğursuz keçdiyinə görə cavab verəcəyi gözlənilmir.

Penc 10 günlük səfərini bu gün Seuldan başlayıb.

Xanımı və iki qızı ilə Cənubi Koreyaya səfər edən vitse-prezident Seulun Milli Qəbiristanlığında əklil qoyduqdan sonra ABŞ və Cənubi Koreya birgə qüvvələrinin Pasxa bayramı münasibəti ilə kilsə mərasiminə qatılıb.

Şimali Koreyada hazırkı prezident Kim Yonq Unun babası, ölkənin əsasını qoymuş Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə dünən keçirilən hərbi paradda yeni hərbi texnika nümayiş etdirib.

Silah ekspertləri nümayiş etdirilmiş bəzi raketlərin yeni tipli ballistik raketlər olduğuna inanır. Onların bildirdiyinə görə, buraya sualtı qayıqdan atılan və buna görə də onun aşkar edilməsini çətinləşdirən qatı yanacaqla işləyən raketlər də daxildir.

Təhlilçilər həmçinin raketlər arasında ABŞ-ın Quamdakı hərbi hava bazasına çata biləcək orta mənzilli raketlərin də olduğunu deyir.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın Birləşmiş Ştatların təhlükəsizliyinə birbaşa təhlükə yaradaraq, uzun mənsilli raket istehsalı qabiliyyətinin qarşısını almağı əsas prioritetlərdən birinə çevirib.

Tramp eyni zamanda, Çinin Şimali Koreyanı cilovlamaq məqsədilə daha artıq iş görməsi üçün təzyiq göstərir. Şimali Koreyanın nüvə təhlükəsi keçən həftə Trampın Florida ştatında Mar-a-Laqodakı iqamətgahında Çin prezidenti Şi Tsinpinlə zirvə görüşü zamanı müzakirələrin diqqət mərkəzində olub. Tramp Pxenyanın nüvə proqramının qarşısını almaq üçün Çinə daha əlverişli ticarət şərtləri təklif edib.

XS
SM
MD
LG