Accessibility links

Aktyor Bill Kosbinin vəkilləri Konstandın dediklərinin doğruluğunu sual edib (Yenilənib)


79 yaşlı komediya ustası Bill Kosbinin vəkilləri 2004-cü ildə Kosbini ona seksual təcavüz göstərməkdə təqsirləndirən qadının dediklərinin doğruluğunu sual edib.

Kosbinin Filadelfiyada keçirilən məhkəmə prosesində müdafiə tərəfi Andrea Konstanddan onun Filadelfiyadakı evində baş vermis hadisədən sonra niyə Kosbiyə zəng etməkdə davam etdiyini soruşub.

Kosbinin müdafiə qrupu həm də Konstandın sözlərində ziddiyyətin olduğunu bildirib.

Kosbinin ifadə verəcəyi gözlənilmir. Lakin münsiflər məhkəməsi 2005-ci ildə onun məhkəmədə verdiyi ifadənin bəzi hissələrini polisin oxumasını eşidib.

Təxminən 60 qadın Kosbinin 1960-cı illərdə onlara qarşı seksual təcavüz göstərdiyini deyib. Lakin təkcə Konstandın ittihamı məhkəməyə çıxarılıb.

Kosbi bütün ittihamları rədd edib.

Kosbi Filadelfiyada keçirdiyi uşaqlıq dövrünə həsr etdiyi stand up komediyaları ilə məşhurlaşıb və 1980-ci illərdə populyar “The Cosby Show” komediya serialında müdrik və mülayim həkim obrazını yaradıb.

XS
SM
MD
LG