Accessibility links

NASA astronavtı Azərbaycana gəlir


"Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı Heide Piperi

Azərbaycanda müstəqiillik dövründə ilk dəfə NASA astronavtı ilə tanış olmaq imkanı yaranıb. ABŞ səfirliyi “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı Heide Piperin 10-12 dekabr tarixlərində Azərbaycana səfərini təşkil edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Heide Piperinin səfər proqramını ABŞ Səfriliynin Facebook səhifəsindən (https://web.facebook.com/baku.usembassy/?_rdc=1&_rdr) canlı izləyə bilərsiniz.

Kosmonavt dekabrın 10-da Kürdəmirdəki Amerika Mərkəzində olacaq.

Dekabrın 11-də kapitan Piperi Milli Müdafiə kollecində, Milli Elmlər Akademiyasında, ADA, Bakı Mühəndislik, Dövlət Neft və Sənaye Universitetində təqdimatlar edəcək. Sonra Bakı Amerika Mərkəzində STEM MOOC məzunları ilə görüşəcək, Landmark biznes mərkəzində WoWoman nümayəndəri üçün təqdimat edəcək.

Tomas Petten Stafford
Tomas Petten Stafford

İlk NASA astronavtı Bakıya 1975-ci ildə səfər edib. Bu, kosmanvt Tomas Petten Stafford idi. O, "Apollon 10" və "Soyuz-Apollon" kosmik ekspedisiyalarının komandiri olub.

XS
SM
MD
LG