ABŞ prezidenti Donald Trump tərəfindən imzalanan yeni sərəncam Amerikanın elmi araşdırmalara və kəşflərə dair kosmos proqramını yenidən diqqət mərkəzinə gətirərək Marsa olacaq sonrakı missiyalar üçün təməl qoyacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.
“İmzalanma mərasimində - 45 il əvvəl aya uçan NASA astronavtı Harrison "Jack" Şmitt, Apollon 11 missiyasının tərkibində aya qədəm qoyan ikinci insan Baz Oldrin və dünyanın ən yaşlı və ən təcrübəli qadın astronavtı Peqqi Uitson iştirak edib”, səfrilik bildirir.
Digər məlumatda isə deyilir ki, NASA astronavtı Skot Tinql dekabrın 17-də Beynəlxalq Kosmos Stansiyasına 6 aylıq səfərə yola düşüb.
O, vaxtının dörd aydan çoxunu gəmidə keçirərək biologiya, Yer elmləri, insan tədqiqatı, fizika elmləri və texnolgiya üzrə 250-dən çox eksperiment aparacaq.