Accessibility links

Kosovoda nümayişlər davam edir


Kosovoda dünən baş vermiş qarşıdurmadan sonra bu gün müxalifət parlament binasını yandırıb.

Etirazçlar binaya yandırıcı maddə dolu butılkalar atıblar. Binaya atılan molotov kokteylləri binada güclü yanğının başlamasına səbəb olub.

İnsidentə müdaxilə edən yerli polis etirazçıların nümayişini yenidən dağıdıb.

Kosovoda etirazlar Konstitusiya Məhkəməsinin etnik serblərin hüquqlarının genişləndirilməsi ilə bağlı sazişi təsdiqləməsindən sonra başlayıb.

XS
SM
MD
LG