Accessibility links

Kosovo polisi ilə millətçilərin toqquşmasında 20 adam yaralanıb


Kosovo polisi Serbiya ilə danışıqlar əleyhinə nümayiş keçirən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Rəsmilər bazar ertəsi hökumət binalarının yaxınlığında baş verən qarşıdurmada ən azı 18 polis zabitinin və bir neçə nümayişçinin yaralandığını bildirib. Polis etiraz aksiyasına qoşulmuş ultramillətçi "Öz Müqəddəratını Təyin Etmə" partiyasının bir neçə parlament üzvünü qısa müddətə saxlayıb.

Millətçi nümayişçilər keçən həftənin cümə günü Brüsseldə Serbiyanın baş naziri İviça Daçiç ilə görüşən Kosovonun baş naziri Haşim Tacini tənqid ediblər. Bu görüşdə Avropa İttifaqının xarici əlaqələr siyasətinin başçısı Ketrin Eşton vasitəçilik edib. Bu, 2008-ci ildə Kosovo Serbiyadan ayrılmasından sonra tərəflər arasında baş tutan ilk yüksək səviyyəli görüş olub.

"Öz Müqəddaratını Təyin Etmə" partiyasının üzvləri 1990-cı illərdə etnik alban separatçılarına qarşı iki il müharibə apardığına görə üzr istəməyən Serbiya ilə danışıqlar aparmağı cənab Taci üçün utandırıcı və kriminal hal olduğunu deyiblər. NATO-nun bombalama əməliyyatları 1999-cu ildə Serbiyanı təcavüzü dayandırmağa məcbur etmişdi.
XS
SM
MD
LG