Accessibility links

Kosovo Serbiyanın öz ərazisində səsvermə keçirməsini qadağan edib


Kosovo parlamenti şənbə günü etnik serblərin Serbiyanın konsitusiyaya düzəlişlərlə bağlı milli referendumu səbəbilə Kosovo torpağında səs vermələrini qadağan edən qətnamə qəbul edib.

Serbiya bazar ertəsi hakim və prokurorların seçilmə yolunu dəyişən konstitusiya düzəlişi ilə bağlı referendum keçirəcək. Hökumət bunun məqsədinin məhkəmələrin müstəqilliyini təmin etməkdir ki, bu da Aİ üzvlüyü üçün bir şərtdir.

Kosovonun müstəqilliyini dəstəkləyənlər – Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, Almaniya, Fransa, İtaliya və Avropa İttifaqı missiyası – Baş nazir Albin Kurtini Kosovodakı serblərin referendumda səs vermələrinə icazə verməyə çağırıb.

Lakin şənbə günü keçirilən növbədənkənar sessiya zamanı 120 deputatdan 76-sı Serbiyanın Kosovoda səsvermə məntəqəsi açmasını qadağan edən bəyannamənin lehinə səs veriblər.

Kurti parlamentə deyib ki, Kosovonun serblərin çoxluq təşkil etdiyi ərazilərində seçki məntəqəsi açmaq konstitusiyaya ziddir və etnik serblər ya poçt vasitəsilə ya da Belqrad hökumətinin Pristinadakı əlaqə bürosunda səs verə bilərlər.

“Kosovo müstəqil və suveren bir dövlətdir və belə rəftar görməlidir,” Kurti deyib.

Kosovonu hələ də öz ərazisinin bir hissəsi olaraq görən Serbiya 1999-cu ildə başa çatan Kosovo Müharibəsindən bəri etnik əhalisi üçün seçkilər təşkil edir.

Serbiya Kosovonun 2008-ci ildə elan etdiyi müstəqilliyini tanımaqdan imtina edir, ancaq Aİ-na qoşulmadan öncə Kosovo ilə əlaqələri normallaşdıracağını vəd edib.

“Serbiyanın Kosovo ilə Əməkdaşlıq İdarəsinin başçısı deyib ki, qadağanın məqsədi “[Kosovodakı] serblərin siyasi və vətəndaş hüquqlarını ləğv etməkdir.”

“Kurti və onun ekstremistləri düşünməməlidirlər ki, onlar gələcəklər Kosovodakı serblərin, xüsusilə də 3 aprel seçkisində səs vermələrinin qarşısını ala biləcəklər,” Petar Petkoviç bəyanatında bildirib.

Serbiyada aprelin 3-də prezident və parlament seçkiləri keçiriləcək. Bundan öncə şənbə günü Kosovo polisi Merdaredə sərhədi keçərəcək serblərin çoxluq təşkil etdiyi ərazilərə bülleten daşıyan Serbiya seçki komissiyasına aid iki yük maşınını ələ keçirib.

“Biz Kosovo hökumətini Kosovodakı serblərə seçki və səsvermə prosesində iştirak etmək hüququndan istifadə etməyə icazə verməyə çağırırıq,” Almaniya, Fransa, İtaliya, Birləşmiş Krallıq, və Aİ cümə günü birgə bəyanatında bildirib.

XS
SM
MD
LG