Accessibility links

Kosovo prezidenti: ABŞ Kosovo və Serbiya arasında münasibətlərin normallaşmasında birbaşa cəlb olunacaq


Kosovo prezidenti Həşim Taçi deyir ki, ABŞ vitse-prezidenti Mayk Pensin Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması üçün yekun razılaşmanın əldə edilməsində ABŞ-ın birbaşa cəlb olunacağını bildirib.

Həşim Taçi Amerikanın Səsinin Albaniya xidmətinə deyib ki, ABŞ rəhbərliyinin və şəxsən vitse-prezident Mayk Pensin cəlb olunması prosesin uğurla tamamlanacağına zəmanətdir.

O əlavə edib ki, Serbiya ilə münasibətlərin normallaşması Kosovonun Birləşmiş Millətlər Təşkilatına inteqrasiyası üçün yol açmış olacaq.

Cümə günü Ağ Evin yaydığı bəyanatda bildirilir ki, “Pens Kosovo prezidenti Taçinin və Serbiya prezidenti Aleksandar Vuçiçin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində liderliklərini alqışlayır.”

Bəyanatda həm də, Pens və Taçinin islahatların genişləndirilməsi, qanunun aliliyini gücləndirilməsi, korrupsiya ilə mübarizə və iqtisadi artımın sürətləndirilməsin əhəmiyyəti məsələlərində razılaşdıqlarını və ABŞ vitse-prezidentinin çiçəkləyən, suveren və demokratik Kosovoya ölkəsinin dəstəyində əmin etdiyi deyilir.

Ağ Ev, eyni zamanda Kosovonu qonşu Monteneqro ilə mövcud olan sərhəd mübahisələrini həll etməyə çağırıb. Sərhəd haqqında razılaşma 2015-ci ilə imzalanmasına baxmayraq, Kosovo parlamenti tərəfindən ratifikasiya edilməyib.

Avropa Birliyi Kosovonun sərhədləri təsdiq etməsinə təkid edir və vətəndaşlarının Avropaya vizasız səyahət edə bilməsinin yalnız bundan sonra mümkün olacağını deyir.

Monteneqro 2008-ci ildə Kosovonun Serbiyadan müstəqilliyini tanısa da, Serbiya buna kəskin şəkildə etiraz edir.

XS
SM
MD
LG