Accessibility links

Türkiyə prezidenti və İordaniya kralı Qüdsün statusu ilə bağlı narahatlıqlarını bildirib


ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması Türkiyə prezidenti və İordaniya kralı arasında keçirilən görüş zamanı üstünlük verilən məsələ olub. Rəcəb Tayyib Ərdoğan və kral Abdulla bununla bağlı narahatlıqlarını ifadə edib.

"Qüdsün statusu ilə bağlı atılan bu addım İslam dünyasının qəzəbinə səbəb olub. Bu, sülhün təməlinə dinamit təsiri bağışlamaqla yanaşı, gərginliklər və qarşıdurmalara yol açacaq" , Ərdoğan bildirib.

Türkiyənin dövlət başçısı bu addımın yalnız "terror təşkilatlarının çörəyinə yağ sürtəcəyini" deyib.

İordaniyanın Qüdsdə müsəlman və xristianların dini məbədlərinin qəyyum rolunu önə çəkən kral Abdulla da çıxışı zamanı narahatlıqlarını bildirib. Kral fələstinlilərin regiondakı ən mühüm məsələ olaraq qaldığını vurğulayaraq, hazırkı gərginliklərin sülh yolu ilə aradan qaldırılmasına çağırıb.

Türkiyə prezidentinin İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar toplantısı keçirilməsi çağırışına dəstək verib.

Türkiyə hazırda 57 müsəlman ölkəsinin üzv olduğu təşkilata rəhbərlik edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG