Accessibility links

Britaniya kraliçası Elizabet hökumət proqramını təqdim edib


Britaniya kraliçası Elizabet Parlamentin rəsmi açılış nitqi söyləyib. Bu onun həyat yoldaşı Şahzadə Filipin ölümündən sonra onun ilk qatıldığı mərasim olub.

Ənənəvi olaraq kraliçanın yeni parlamenti açdığı əyləncə ilə dolu genişmiqyaslı tədbir bu dəfə COVID-19 pandemiyası səbəbi ilə kraliçanın adətən geyindiyi paltar və tac əvəzinə gündəlik geyimi ilə əhəmiyyətli dərəcədə sadələşib.

Kraliça Baş Nazir Boris Consonun proqramını, pandemiya sonrası Britaniyadakı iqtisadi bərpa və inkişafa diqqət çəkib. Consonun mühafizəkarların əksəriyyət təşkil etdiyi partiyasının keçən həftənin sonlarında regional seçkilərdə qələbə əldə edərək ötən il pandemiyanın təxirə saldığı islahatları davam etdirərək bu üstünlüyə sahib çıxacağı gözlənilir.

Kraliça hökumətin gələn il ərzində iş yerlərinin açılması və Milli Səhiyyə Xidmətinin gücləndirilməsindən, Brexitdən sonrakı bürokratiyanın aradan qaldırılmasına qədər qəbul edəcəyi bir neçə qanun layihəsini açıqlayıb.

"Hökumətimin prioriteti Böyük Britaniyanı əvvəlkindən daha güclü, daha sağlam və daha firavan edcək pandemiya sonrası ümummilli bərpadır" - deyə, kraliça Conson kabinetinin hazırladığı nitqdə bildirib.

Kraliça hökumətin iş yerlərini və iqtisadi artımı dəstəkləyərək və pandemiyanın ictimai xidmətlər üzərindəki təsirini yoluna qoyaraq Birləşmiş Krallığın bütün bölgələrində imkanları balanslaşdıracağını deyib.

Çərşənbə axşamı "Kraliçanın Çıxışı"nın çoxu artıq təklif olunmuş siyasət və təkliflərdən ibarət idi və bu, müxalifət İşçi Partiyasını hökuməti "ritorikasını gerçəkləşdirməyə" çağırış edib.

Conson parlamentdəki çoxluğunu möhkəmləndirsə də, keçən həftə keçirilən seçkilər ona Şotlandiyada problemlər yaradıb. Orada müstəqillik tərəfdarı birinci nazir Nikola Starceonun hakim partiyası səs çoxluğu qazanıb və şənbə günü ona sualın "əgər deyil, bəs nə zaman" olduğunu və Şotlandiyanın Britaniyadan müstəqillik üçün yenidən referendum keçirəcəyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG