Accessibility links

Londonun minlərlə sakini “Rənglərin Marşı” mərasimini izləyib


Şahzadə Harri və onun həyat yoldaşı, sabiq aktrisa Meqan Markl Kraliça Elizabetin rəsmi doğum günü şərəfinə şənbə günü Londonda keçirilən illik “Rənglərin Marşı” mərasimində iştirak ediblər.

Üç həftə öncə ailə quran herzoq və herzoginya Bukinqem Sarayından Atlı Mühafizə Paradına qısa səfər edib. Kral ailəsinin pərəstişkarları onları alqışlayıb. Mərasimdən sonra cütlük sarayın eyvanında kral ailəsinin digər üzvlərinə qoşularaq, iştirakçıları salamlayıb və Hərbi Hava Qüvvələrinin təyyarələrini müşahidə ediblər.

Bu yaxınlarda uğurlu katarakt əməliyyatı keçirən 92 yaşlı kraliça mərasimi tribunadan izləyib. Kraliçanın həyat yoldaşı Şahzadə Filip kral ailəsi öhdəliklərindən təqaüdə çıxıb və mərasimdə iştirak etməyib.

Bu mərasim döyüş hazırlıqları ənənəsindən başlayıb. Mərasım zamanı bayraqları və rəngləri daşıyan əsgərlər “marş” edir ki, digərləri onları tanısın.

Kraliçanın həqiqi ad günü isə 21 aprel tarixindədir.

XS
SM
MD
LG