Accessibility links

Konstitusiya Məhkəməsi xarici valyutada olan problemli kreditlərlə bağlı qərar qəbul edib


Dollar
Dollar

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib. Ekspertlər hesab edir ki, məhkəmənin qərarı problemli kreditlərin həllinə kömək etməyəcək.

Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

“Borclu krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürüb”

Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

“Milli valyutanın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir?”

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsini xahiş edib. Həmin maddə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlıdır.

Bakı Apelyasiya Məhkəməsi müraciətində Konstitusiya Məhkəməsinin 3 sualı ayrınlaşdırmasını xahiş edib.

Sual: Milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

Apellyasiya Məhkəməsi həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin kredit münasibətlərinə tətbiq edilib-edilməməsini və ləğv edilmiş müqavilələrin nəticələrinin hansı qaydada tənzimlənməli olduğunu soruşur.

Dollar-manat
Dollar-manat

Manatın məzənnəsi

2015-ci ilin ortalarında Konstitusiya Məhkəməsi qərara alıb ki, həmin il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı anda mövcud məzənnə üzrə ödənilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin bu qərarınadak bir dollar 0.78 manat idi. Hazırda bir dollar 1,70 manatdır.

Problemli kreditlər

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, vaxtı keçmiş kreditlərin ümumi həcimi 2018-ci il fevralın 1-də 1695,9 mln. manat olub. Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat (4,25%) çox olduğu bildirilir. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 14,5 faizdir. Bu göstərici ilin əvvəlində 13,8, 2017-ci il fevralın əvvəlində isə 9,8 faiz olub.

Ekspertlər hesab edir ki, problemli kreditlər məsələsi həllini tapmadıqca problem daha da genişlənəcək.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: "Harada qırıldı-qırıldı" prinsipi ilə yanaşırlar”

İqtisadçı Natiq Cəfərli facebook səhifəsində yazır ki, manat 2 dəfədən çox dəyər itirib.

“Məhkəmə isə deyir ki, bu əhəmiyyətli dəyişiklik deyil. Devalvasiyalardan öncə bütün rəsmilər, o cümlədən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov rəsmi bəyanatlar verirdilər ki, manat dəyərdən düşməyəcək, Məhkəmə isə deyir ki, bu gözlənilməz deyildi. Ölkədə problemli kreditlərin həcmi rəsmi rəqəmlərə görə 16%-dir, normal hesablansa isə 30%-i keçib (Beynəlxalq Agentliklər 30% göstərir), amma rəsmilər özlərini dəvəquşu kimi aparırlar, sanki problemi görməyəndə onlar avtomatik həll olunacaq. Dünyada problemli kreditlərin həcmi 3%-i keçsə bu banklar üçün böyük stres sayılır, həmən həll yolları axtarılır, bizdə isə hər sahədə olduğu kimi, bu məsələdə də "harada qırıldı-qırıldı" prinsipi ilə yanaşırlar”, ekspert qeyd edir.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov: “Fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov məhkəmnin qərarından bir qədər öncə Amerikanın Səsinə müsahibəsində bildirib ki, Mərkəzi Bankın rəsmi statistikasına görə banklardan kredit götürən vətəndaşların sayı 2,5 milyon nəfərdir.

“Bu o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var. Problemli kreditlərin həcminin də çox olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əslində problemli kreditlər xeyli sayda insanı əhatə edir. Bununla yanaşı təəssüf ki, biz son illər problemli kreditlərin həcmində artımları müşahidə etməkdəyik”.

İqtisadi və Sosial İnkişaf Mərkəzi həmçinin hökumətə problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edib.

“Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Fərq niyə böyükdür? Devalvasiya problemli kreditin həcminin artmasına təsir göstərən faktorlardan biridir. Amma yeganə faktor deyil. 2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa da belə yüksək kredit faizləri problem idi, yəni hesab edin ki, 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. İllik 45 faiz, hər 10 min manata və ya dollara görə 5 min manat və ya dollar illik faiz deməkdir. Kifayət qədər böyük rəqəmdir. Nəticədə bu, bank sektorunda köpüklər yaratmışdı. Devalvasiya həmin köpüklərin daha tez partlamasına imkan verdi. Amma biz 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Vətəndaş üçün də təbii ki, hər 9 mindən 6 min güzəşt ciddi bir rəqəmdir”, Bayramov qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG