Accessibility links

Kreml Trampın vəkili tərəfindən müraciət edildiyini təsdiq edib


ABŞ prezidenti Donald Trampın vəkili Maykl Kohen

Kreml çərşənbə günü prezident Donald Trampın şəxsi vəkilindən 2016-cı il seçki kampaniyası dövrü Rusiyada biznes layihəsi ilə bağlı müraciət alındığını təsdiq edib.

Konqresin Nümayəndələr Palatasının Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın kampaniya üzvlərinin Rusiya ilə mümkün əlaqələrini araşdıran Kəşfiyyat komitəsinə ünvanladığı bəyanatda vəki Maykl Kohen bildirib ki, prezidentin kampaniyası Respublikaçıların praymerisi zamanı Moskvadakı layihə ilə məşğul olub. Onun sözlərinə görə, plan müxtəlif səbəblərə görə təxirə salınıb.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə Kohendən email alındığını bildirib. O, emailin mətbuat ofisinin ümumi elektron poçtuna göndərildiyini deyib. Peskov bidirib ki, bu, Kremlin mətbuat ofisinin aldığı çoxsaylı emaillərdən biri olub və Kreml ona cavab verməyib.

Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Vəkil Kohen bildirib ki, o, daşınmaz əmlakla bağlı təklif üzərində əslən Rusiyadan olan və Moskva ilə yaxın əlaqələri olduğunu iddia edən köməkçisi Feliks Saterlə işləyib.

Moskvadakı layihə ilə bağlı müzakirələr 2015-ci ilin payızında Trampın prezidentlik yarışlarına qoşulacağını elan etməsindən bir neçə ay sonra aparılıb. Kohenin bəyanatına əsasən, o, layihənin icrasının mümkün olmadığını gördükdən sonra danışıqlar 2016-cı ilin əvvəlində dayandırılıb.

Kohen həmçinin Trampın layihədən şəxsən xəbərdar olduğunu açıqlayıb. Onun bildirdiyinə əsasən, Tramp planla bağlı məktubu imzalayıb və layihəni Kohenlə iki dəfə müzakirə edib.

Putinin emaillə tanış olub-olmadığı haqda sualı cavablandıran Peskov deyib ki, o, prezident Putinlə Kremlin elektron poçtuna dünyanın hər yerindən daxil olan yüzlərlə və minlərlə müxtəlif müraciətləri müzakirə etmir.

Peskov bildirib ki, mətbuat ofisi Kohenin emailinə cavab verməyib, çünki “belə biznes müraciətləri ilə məşğul olmur”. “Bu, bizim işimiz deyil”, Peskov əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG