Accessibility links

Krım tatarı müğənni Eurovision müsabiqəsində Ukraynanı təmsil edəcək [Video]


Stalin repressiyalarına məzur qalmış xalqı haqda mahnı ifa edən Krım tatarı müğənni Cəmalə Eurovision müsabiqəsində Ukraynanı təmsil edəcək.

32 yaşlı Cəmalə (Susana Cəmaləddinova) Rusiyanın Krımı ilhaq etməsindən iki il sonra Ukraynanı Eurovision-da təmsil etmək üçün milli müsabiqənin qalibi olub.

Müsabiqədə "1944" adlı mahnını ifa etdikdən sonra müğənninin özü və münsiflər heyətinin üzvlərindən biri Rusiyanın 70 ildən sonra Krımı ilhaq etməsindən danışanda göz yaşlarını çətinliklə saxlaya biliblər.

Rusiya da bu il Stokholmda keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirak edəcək və Cəmalənin Ukraynanı təmsil etməsi əyləncəli mahnı bayramı kimi tanınan tədbirə müəyyən mənada siyasi rəng verə bilər.

İkinci Dünya müharibəsi zamanı nasistlərlə əlbir olmaqda ittiham edilən Krım tatarları öz yerlərindən izdiham dolu qatarlarda ac-susuz Mərkəzi Asiyaya sürgün edilmişdi. Onların arasında Cəmalənin qohumları da olub. Cəmalə qohumlarından birinin yolda dünyasını dəyişdiyini və onun cəsədinin vaqondan tullandığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG