Accessibility links

Krım tatarlarının lideri məhkəmənin qərarından apellyasiya şikayəti verəcək


Krım tatarlarının lideri İlmi Umerov öz vətəninin Rusiya tərəfindən ilhaqına etiraz etdiyi üçün aldığı iki illik həbs cəsazı qərarından apellyasiya şikayəti verəcək.

Məhkəmənin qarşısından tərəfdarları tərəfindən isti qarşılanan Umerov bildirib ki, ona verilən hökmün dəyişiləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

Umerov “separatçılıq çağırışları” ittihamı ilə məhkum edilib.

Krım tatarlarının liderinin aldığı cəzaya əsasən o, iki il cəza koloniyasında keçirməlidir. Bu isə Parkinson xəstəliyindən və diabetdən əziyyət çəkən 60 yaşlı Umerov üçün təhlükləli hesab edilir.

XS
SM
MD
LG