Cümə günü Rusiyanın Ukraynanın Krım yarımadasını qeyri-qanuni ilhaq etməsinin iki ili tamam olur. Son zamanlar Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı gedən döyüş isə həm Ukrayna, həm də Qərb üçün siyasi gündəmi dəyişib.
Ruslara şərqi Ukarayna lazım deyil. Onlar Krımı istəyir, Donetsk və Luqanskı istəmir. Onlar tərəfindən buna dair heç bir işarə olmayıb.
Bu həftə Krımdakı təmtəraq və şərait Ukraynanın şərqində davam edən zorakılıqların tam əksiydi.
Beynəlxalq müşahidəçilər, əsasən də Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən qeydə alınan atəşkəs pozuntularının ciddi dərəcədə artdığını bildirir.
Vaşinqtonda isə bəziləri Ukraynanın şərqindəki döyüşü Ukrayna hökümətinin sabitliyini pozmaq və diqqətini yayındırmaq üçün Rusiyanın bir hiyləsi adlandırır.
“Ruslara şərqi Ukarayna lazım deyil. Onlar Krımı istəyir, Donetsk və Luqanskı istəmir. Onlar tərəfindən buna dair heç bir işarə olmayıb.”
Qərb müttəfiqləri Ukrayna liderlərini islahatlar aparmağa və ötən il əldə olunan II Minsk atəşkəsinə riayət etməyə çağırıb. Onlar həmçinin iqtisadi təzyiqlərdən istifadə edərək Rusiyanın da atəşkəsə riayət etməsinə çalışır.
“ABŞ və Avropa tərəfdaşlarımızın tətbiq edtiyi sanksiyalar və həmçinin neft qiymətlərinin düşməsi Rusiya iqtisdaiyyatına mənfi təsir göstərib. Biz buna sevinmirik, amma Rusiyanın hərəkətləri də bu sanskiyaları zəruri edir.”
Biz Krımdan vaz keçmirik. Biz sadəcə başa düşürük ki, bu problem hərbi yolla həll olunmayacaq, necə ki, Donbasdakı problemə də hərb yolu ilə həll yoxdur.
Lakin indi ki, diqqət Ukraynanın şərqində Donbas regionunda gedən döyüşlərə yönəlib, Pentaqon və Obama administrasiyası Krım məsələsinə uzun-müddətli həll yolunun tapılmalı olduğunu deyir.
“Biz Krımdan vaz keçmirik. Biz sadəcə başa düşürük ki, bu problem hərbi yolla həll olunmayacaq, necə ki, Donbasdakı problemə də hərb yolu ilə həll yoxdur.”
Təhlilçilər tezliklə şərqdəki problemə özünəməxsus “uzun-müddətli həll yolunun” tapılacağına ümid edir.