Accessibility links

DİN: Kibercinayətlə məşğul olan dəstə zərərsizləşdirilib


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Türkiyə vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət transmilli mütəşəkkil dəstəni zərərsizləşdirlib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə araşdırmalarla müəyyən edilib ki, onlar əlbir olaraq Türkiyədə yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta “ucuzsepet.com” veb saytını yaradıblar.

Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycanda fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyəyə göndərilib.

Bununla da saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54 732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG