Accessibility links

Hacıqabulda 11 nəfər saxlanılıb


Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərlərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İyulun 31-də Hacıqabul rayonununda silahlı basqın nəticəsində 5 nəfər qətlə yetirlib, 1 nəfər ağır yaralanıb. Ölən və yaralananlar mülki şəxslərdir. İlkin məlumatlara görə, insident şəxsi düşmənçilik zəminində baş verib.

XS
SM
MD
LG