Accessibility links

Fransada Azərbaycan vətəndaşı güllələnib


Martın 30-da səhər saatlarında Fransanın Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində Azərbaycan vətəndaşı Rahim Namazov güllələnib. Atəş açılarkən onun həyat yoldaşı və uşağı da yaralanıb. Xəbəri Fransa mediası yayıb.

Fransanın rəsmi qurumlarının məlumatına görə, Namazov azərbaycanlı mühacirdir, o, 2010-cu ildə özünü jurnalist kimi təqdim edərək, sığınacaq alıb.

Namazov "Əlillər" və "Hakimiyyət" qəzetlərində işlədiyini, korrupsiya və saxtakarlıqları ifşa etdiyinə görə hədələrə məruz qaldığını bildirib.

Öz növbəsində, “Əlillər” qəzetinin əməkdaşı Amerikanın Səsinə Namazovun bu qəzetdə jurnalist deyil, qəzet satışı ilə məşğul olduğunu deyib.

Rahim Namazov Azərbaycanda 2001-ci ildə, 2005-ci ildə və 2010-cu illərdə həbsdə olub.

Bununla yanaşı, Report agentliyi Fransada silahlı hücuma məruz qalan Rahim Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğunu yazıb.

“R.Namazov “kriminal aləm”də “Opasnıy Roma” və "Rahim Şəkinski" kimi tanınır”, agentlik yazır.

Sosial şəbəkələrdə də Rahim Namazov özünü gah öz adı, gah da “Opasnıy Roma” və "Rahim Şəkinski" kimi kriminal adlarla təqdim edir. Onun kriminal avtoritelərə qarşı Youtube kanalında çoxsaylı söyüş dolu hədələri yayılıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Rahim Namazovun jurnalist kimi öldürülməsi ilə bağlı Fransa mediasında yayılan xəbərləri qəbul etmir.

“Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb”, o qeyd edib.

Amaşov bildirib ki, xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var.

“Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz”, Mətbuat Şurasının sədri qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG