Accessibility links

Kristian Amanpur Bakını Xədicəni azad etməyə çağırır


Xədicə İsmayılova
Xədicə İsmayılova

Çağırışlara ABŞ Beynəlxalq Yayım Şurasının direktoru Con Lansinq də qoşulub

Dünya Mətbuat Azadlığı Günündə AzadlıqRadiosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalisr Xədicə İsmayılova dünyada azadlıq mesajını yayan jurnalist və aktivist kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.

AzadlıqRadiosunun yazdığına görə, jurnalistin anası Elmira İsmayılova mayın 3-də Bakıdan Finlandiyaya gedərək Helsinki şəhərində keçirilən mükafatın təqdimat mərasimində qızının həbsxanadan səsləndirdiyi mesajını oxuyub.

Ümid edirəm ki, bizim Helsinkidəki tədbirimiz dönüş nöqtəsi olacaq. Ümidvaram ki, bu, qlobal ifadə və mətbuat azadlığı haqlarının yaxşılaşdırılmasında müsbət rol oynayacaq.
Finlandiya prezidenti Sauli Niinisto

"Jurnalistlər susdurulanda bəşəriyyət əziyyət çəkir" - yazan İsmayılova 2005-ci ildə həmkarı Elmar Hüseynovun və 1986-cı ildə kolumbiyalı redaktor Guillermo Cano-nun qətlinə istinad edib.

Mərasimdə çıxış edən Finlandiya prezidenti Sauli Niinisto xanım İsmayılovanın tədbirdə iştirak edə bilməməsinə görə dərin təəssüf hissi keçirdiyini bildirib. "Ümid edirəm ki, bizim Helsinkidəki tədbirimiz dönüş nöqtəsi olacaq. Ümidvaram ki, bu, qlobal ifadə və mətbuat azadlığı haqlarının yaxşılaşdırılmasında müsbət rol oynayacaq".

Artan azadlıq çağırışları

Bu yaxınlarda YUNESKO-nun xoşməramlı səfiri elan edilən CNN-nin tanınmış jurnalisti Kristian Amanpur tədbirə toplaşanlara deyib ki, Xədicə bu gün həbsdə 516-cı günü keçirir, o, şəxsən Azərbaycan hökumətini Xədicəni azad etməyə çağırır. Xədicənin dərhal azad olunması çağırışına ABŞ Beynəlxalq Yayım Şurasının (BBG) direktoru Con Lansinq də qoşulub.

AzadlıqRadiosunun rəhbəri Nenad Pejic mükafatı yüksək qiymətləndirərək, bunu Xədicənin işinin tanınması və onun inkarolunmaz azadlıq hüququ üçün mühüm addım adlandırıb.

Ötən ilin dekabrında ABŞ konqresmeni Kristofer Smit tərəfindən təqdim olunan qanun layihəsində insan haqları pozuntularında iştirak edən Azərbaycan rəsmilərinə qarşı viza və maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub.

Mükafat jurnalistin azadlığa çıxmasına dair beynəlxalq kampaniyaların artdığı vaxta təsadüf edir. Ötən ilin dekabrında ABŞ konqresmeni Kristofer Smit tərəfindən təqdim olunan qanun layihəsində insan haqları pozuntularında iştirak edən Azərbaycan rəsmilərinə qarşı viza və maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub.

Bu yaxınlarda layihə Konqresdə özünə dördüncü sponsor da tapıb.

Beynəlxalq QHT-lər koalisiyası Xədicənin azadlığını tələb etmək üçün mayın 27-də dünyanın 40 şəhərində yürüş keçirməyi planlaşdırır. Həmin gün Xədicənin 40 yaşı tamam olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG