Accessibility links

Dünya iqtisadiyyatının inkişafı üçün ölkələr əməkdaşlıq etməlidir


Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard ləng artım, aşağı əmtəə qiymətləri və bəzi ölkələrdə maliyyə çətinlikləri kimi qlobal iqtisadi problemlərin həll olunması üçün bütün dünyanın əməkdaşlıq etməsinə ehtiyacı vurğulayıb.

Almaniyanın Frankfurt şəhərində çıxış edən Laqard “iqtisadi artımın uzun zamandır çox aşağı səviyyədə” olduğunu deyib. O bunun bir çox insana və potensial olaraq “bir çox ölkədə sosial və siyasi strukturlara” da təsir göstərə biləcəyini deyib.

Laqard iqtisadi baxımdan inkişaf etmiş ölkələrin üzləşdiyi problemləri təfərrüatı ilə izah edib. Bu problemlərə güclü dolların Birləşmiş Ştatlarda iqtisadi inkişafın qarşısını alması, aşağı səviyyədə investisiya və yüksək işsizlik səviyyəsinin avrozona ölkələrinə ziyan vurması, eləcə də aşağı artım səviyyəsi və inflasiyanın Yaponiya iqtisadiyyatına ziyan vurması daxildir.

Lakin Laqard bir sıra digər ölkələri də “parlaq yerlər” adlandırıb. Onun dediyinə görə, Hindistanda həm yüksək iqtisadi artım, həm də gəlirlərin artımı müşahidə olunur. "Cənub-şərqi Asiya ölkələri olan İndoneziya, Malayziya, Filippin, Tailand və Vyetnam da müsbət artım nümayiş etdirir", deyə Laqard bildirib.

Bu artımın digər ölkələrə də yayılması üçün xanım Laqard hər bir ölkəni “qlobal iqtisadi paketə” töhfə vermək üçün üzərlərinə düşəni etməyə çağırıb.

O deyib ki, ABŞ işçi qüvvəsini artırmaq məqsədilə federal minimum əmək haqqını artırmalı və azgəlirli insanlar üçün vergiləri azaltmalıdır, Avropa ölkələri isə gənclərin iş tapmalarına yardım etmək məqsədilə daha yaxşı iş təlimi proqramları təsis etməlidir.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG