Accessibility links

Kristofer Strasser: Almaniya Azərbaycanı Yunusları azad etməyə çağırır


Kristofer Strasser
Kristofer Strasser

Almaniya hökumətinin insan hüquqları üzrə komissarı (ombudsman) Kristofer Ştrasser hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsini pisləyib.

“Mən bu dərəcədə qeyri-proporsional ağır hökmdən sarsıldım. Onları çox yaxşı tanıyıram. Onlar ciddi hüquq müdafiəçiləri, dialoq və barış uğrunda çıxış edən vətəndaş cəmiyyəti fəallarıdır.

Mən onların səhhəti ilə əlaqədar 8,5 və 7 il azadlıqdan məhrumetmə barədə hökmü çox pis qarşılayıram.

Azərbaycan hökuməti vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalara son qoymalıdır.

Leyla və Arif Yunus ədalətli apellyasiya ilə təmin edilməlidir, belə ki, onların məhkəməsi kobud pozuntularla keçib.

Almaniya hökuməti Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusları həbsdənazad etməyə çağırmaqda davam edəcək”,K.Ştrasserin bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG