Accessibility links

Harvi qasırğasının vurduğu zərər bir ailənin gözü ilə [Video]


Harvi qasırğasının vurduğu zərər bir ailənin gözü ilə
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Bu, milli bayram - Əmək Günü idi. Amma Seha və onun ailəsi üçün istirahət vaxtı deyil.

Təmir və xeyli digər işlər... Hər şeyi çölə çıxarmaq, yerbəyer etmək... Normal həyata geri qayıtmaq üçün lazım olan işlər.”

Bir həftədən çox evdən kənar olan Meri Seha və ailəsi qasırğadan sonra ilk dəfə, Texasın Krosbi şəhərində yerləşən evlərinə geri dönüblər. Havri qasırğasının vurduğu zərəri qiymətləndirmək üçün.

“Biz hər şeyimizi itirmişik. Evin içində olan hər şeyi. Cihazlar, mebel, əşyalar…”

Daşqın nəticəsində xarab olan əşyalar çölə çıxarılıb. Evin içini isə artıq kif bürüməyə başlayıb.

“Burada su xəttini görmək olar. Nə qədər su yığıldığını bundan anlaya bilərik.”

Ailənin geri dönüşünün gecikdirilməsini səbəbi bir kilometr aralıda yerləşən Arkema kimya zavodunda baş verən yanğın olub. Bu səbəbdən yaxınlıqda yaşayan sakinlər təxliyə edilmişdi. Zavodun rəhbəri, keçən gün buna görə sakinlərdən üzr istəyib.

“Təxliyənin və Harvi qasırğasının nəticələrinə əlavə olaraq bizim sahədə baş verən qəza sakinlərə əlavə çətinliklər yaradıb. Mən ümid edirəm ki, sakinlər bu narahatlıqla bağlı bizim nə qədər təəssüf etdiyimizi anlayırlar.”

“Biz burada 10 il yaşamışıq və heç zaman başımıza belə şey gəlməyib. Bu bir şok idi.”

İndi hər şey təmir edilməli və dəyişdirilməlidir. Buna baxmayaraq, Seha köçmək haqqında düşünmür.

“Bura bizim evimizdir və biz buranı tərk etməyəcəyik. Bizim getməyə başqa yerimiz yoxdur.”

Ailənin üzərində “xoş gəlmisiniz” yazılan xalçası hələ də çöldədir və belə görünür ki, bu xalça qonaqları qarşılamağa davam edəcək.

XS
SM
MD
LG