Accessibility links

Norveçin kruiz gəmisində aşkarlanan virus sahil boyu yayıla bilər


Norveçin kruiz layneri bütün səfərlərini dayandırıb. Gəmidə koronavirusun ən azı 4 sərnişinə və 36 ekipaj üzvünə yoluxmasından sonra prosedur səhvlərinə görə üzr istənilib.

MS Roald Amundsendə olan 40 nəfərin testlərinin nəticəsi müsbət çıxdıqdan sonra onlar gəminin yerləşdiyi Arktik dairəsinin şimalındakı Tromsoedə Şimali Norveç Universitet Xəstəxanasına yerləşdirilib.

"İlkin qiymətləndirmə göstərir ki, bir sıra daxili prosedurlarımızda uğursuzluq olub. Hazırda daxildəki bütün yanlış aspektləri nəzərdən keçirmə prosesindəyik" - deyə, Hurtigruten şirkətinin baş direktoru Daniel Skjeldam bildirib.

Kruiz layneri iyul 17-dən 24-dək Bergendən qütb ayıları ilə məşhur olan Svalbardın Arktik arxipelaqına gedən MS Roald Amundsendə olan sərnişinlərlə əlaqə saxlayıb.

MS Roald Amundsendəki 158 ekipaj üzvünün hamısı testdən keçirillib və 122 nəfərin testi mənfi çıxıb. Birinci səyahətdə 209, ikinci səyahətdə 178 nəfər olub.

Lakin kruiz layneri çox vaxt Norveçin qərb sahili boyunca limandan limana gedən yerli bir bərə kimi hərəkət etdiyinə görə, virus gəmidə olmamış ola bilərdi. Bəzi sərnişinlərin marşrut boyu gəmidən endiklərinə görə virusu yerli icmalara yaya bilərdilər.

Tromsoe bələdiyyəsi gəmidə səyahət edən insanları və ya gəmi ilə təmasda olan hər kəsi səhiyyə orqanları ilə əlaqə yaratmağa çağırıb.

Dünyanın hər yerindən sərnişin olduğuna görə bu xəstəliyin necə başladığı bilinmir. Norveç xəbər agentliyi NTB müsbət sınaqdan keçən 36 ekipaj üzvündən 33-nün Filippindən gəldiyini bildirib.

Həftə sonu Skjeldam kruiz gəmisinin səlahiyyətli nümayəndələri ilk hadisə ilə bağlı cümə günü məlumat aldıqdan sonra sərnişinləri xəbərdar etməli olduqlarını bilmədiklərini deyərək, gəmi həkimlərinin tövsiyələrinə əməl etdiklərini bildirib.

Lakin Norveçin İctimai Səhiyyə İnstitutundan Line Vold sərnişinləri və ekipajı sağlamlıqlarını izləməyə və lazım olduqda karantinə alınmaları üçün mümkün qədər tez məlumatlandırılmalı olduğunu tövsiyə edib.

"Səhvlərə yol verdik. Hurtigrutendən hamımız adından baş verənlərə görə üzr istəyirəm. Bunun tam məsuliyyətini daşıyırıq" - deyə, o əlavə edib.

Hurtigruten layner xətti üç gəminin - MS Roald Amundsen, MS Fridtjof Nansen və MS Spitsbergenin fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırıldığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG