Accessibility links

Kseniya Sobçak siyasi məhbusların azad edilməsinə çağırıb


Rusiyada prezident seçki yarışlarına qatılmaq istəyən 35 yaşlı tele aparıcı Kseniya Sobçak özünün ilk mətbuat konfransı zamanı bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

Sobçak prezident seçkisinə qatılmaq istədiyini keçən həftə elan edib, Rusiyanın hazırkı siyasi elitadan bezdiyini deyib. Tənqidçilər Sobçakın namizədliyini irəli sürməsinin mart ayında keçiriləcək seçkiyə legitimlik statusu verərək, müxalifəti daha da parçalaya biləcəyini bildirir.

Kseniya Sobçak Vladimir Putinin müəllimi olmuş Sank Peterburq şəhərinin keçmiş meri Anatoli Sobçakın qızıdır. Onun anası Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında qanunvericidir. Tele aparıcı olmazdan əvvəl o, Rusiyanın yüksək cəmiyyətinin dəbli xanımı kimi tanınırdı.

Kseniya Sobçakın seçki kampaniyasının veb saytı
Kseniya Sobçakın seçki kampaniyasının veb saytı

Sobçak Kreml əleyhinə nümayişlərə qoşulub, hökumətə qarşı tənqidlər səsləndirsə də, Putini birbaşa tənqid etməkdən çəkinib.

Putinin hələlik yenidən seçilmək üçün namizədliyini irəli sürüb-sürməyəcəyi barədə bir söz deməyib, lakin onun seçkiyə qatılacağı gözlənilir.

Bugünkü mətbuat konfransında danışan Sobçak müxbirlərə deyib ki, rusların 30 faizi təmsil olunmamış qalır və ona səs verməklə bu vəziyyət dəyişə bilər.

Sobçak post-sovet telviziyasının qurucularından biri olan və prezident Boris Yeltsinin 1996-cı ildə yenidən seçilməsinə rol oynayan İqor Malaşenkonu kampaniyasının rəhbəri kimi göstərib. O, kampaniyasına adlarının açıqlamandığı iş adamlarından maliyyə yardım veriləcəyini deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG