Accessibility links

Kuba ABŞ-ı Venesuelaya qarşı sanksiyalara görə tənqid edib


Kuba dekabr ayında iki ölkə arasında diplomatik münasibətlərin normallaşdırılması elan edilkdən sonra ilk dəfə olaraq ABŞ-ı Venesuelaya qarşı sanksiyalar görə tənqid edib.

Dövlətə məxsus Granma qəzetində dərc olunmuş bəyanatda Kuba ABŞ prezidenti Barak Obamanın sərəncamını aqressiv kimi qiymətləndirib.

Birləşmiş Ştatların insan hüquqlarının pozulması və korrupsiya ilə əlaqədar olaraq tətbiq etdiyi sanksiyalar Venesuelanın yeddi yüksək səviyyəli nümayəndəsini hədəf alıb. Venesuelanın kəşfiyyat xidmətinin başçısı və milli polis rəisi də sanksiyaların tətbiq edildiyi şəxslər arsaındadır.

Kuba hökumətinin bəyanatında Venesuelaya qeyd-şərtsiz dəstək bildirilir. İki ölkə arasında uzun müddətdir yaxın müttəfiq əlaqələri mövcuddur.

Bəyanatda prezident Obamanın Venesuelanı ABŞ-ın milli təhlükəsizliyinə hədə kimi səciyyələndirməsi tənqid edilir və “heç bir ölkənin suveren dövlətin daxili işlərinə müdaxilə etmək və ya bir ölkənin başqa bir ölkənin milli təhlükəsizliyi üçün hədə təşkil etdiyini əsas olmadan elan etmək hüququ olmadığı” deyilir.

XS
SM
MD
LG