Accessibility links

Kubaya səfər edən nümayəndə heyətinin rəhbəri qanunvericiləri Havana ilə diplomatik münasibətlərin bərpasına çağırıb


ABŞ Konqresinin Kubaya səfər edən nümayəndələrindən ibarət heyətin rəhbəri qanunvericiləri Havana ilə diplomatik münasibətlərin tam bərpasına çağırıb.

Vermont ştatından demokrat senator Patrik Lehi Kubada ABŞ səfirliyinin fəaliyyət göstərməsini istədiyini deyib.

Lehi ilə bərabər Havanada çıxış edən Nevada ştatıdan respublikaçı senator Din Heller deyib ki, prezident Obama bu məsələdə tamamilə haqlıdır. O, 2017-ci ildə Obamanın vəzifəsini tərk etməsindən öncə səfirliklərin açılışının həyata keçirilməsinin vacibliyini qeyd edib.

ABŞ-ın nümayəndə heyəti Kubanın ilk vitse-prezidenti Migel Diaz Kanellə müzakirələr keçirib, lakin danışıqların təfərrüatı açıqlanmayıb.

Birləşmiş Ştatlar kommunist ölkə ilə 50 ildən artıqdır pozulmuş diplomatik münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım ataraq, Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.

Prezident Obama aprel ayında Kuba lideri Raul Kastro ilə görüşdən bir qədər sonra iki ölkənin Vaşinqtonda və Havanada diplomatik missiyaların açılmasına hazırlaşdığı vaxt Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq niyyətində olduğunu bildirmişdi.

Eyni zamanda Senatda Kuba ilə bağlı bəzi qanun layihələrinin gələcəyi bəlli deyil. Buraya amerikalıların Kubaya səfərini yasaqlayan qanun da daxildir. Senat və Nümayəndələr Palatasının respublikaçı üzvləri bu qanunların əleyhinə çıxış edir.

Lakin Nümayəndələr Palatası bu ayın əvvəllərində səyahət məhdudiyyətlərinin yüngülləşdirilməsini qəbul edəcəyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG