Accessibility links

Con Kerri: ABŞ bayrağının Havanada qaldırılması anı daim xatirələrdə yaşayacaq


ABŞ dövlət katibi ABŞ bayrağının Havanada qaldırılması anının daim xatirələrdə yaşayacağını deyib.

Havanada ABŞ səfirliyi qarşısında 54 illik fasilədən sonra Amerika bayrağının qaldırılması mərasimində çıxış edən Con Kerri 2016-cı ildə kimin prezident seçilməsindən asılı olmayaraq Obama administrasiyasının Kuba siyasətinin davam etdiriləcəyini deyib.

Kubanın xarici işlər naziri Bruno Rodriqezlə birgə mətbuat konfransında dövlət katibi bildirib ki, ölkələr arasında ticarət əlaqələrinin bərpası ABŞ-ın 50 il öncə tətbiq etdiyi embarqonun ləğvindən asılı olacaq.

ABŞ dövlət katibi yeni ABŞ-Kuba komitəsinin gələn ay qarşılıqlı münasibətlərin tam bərpası üçün danışıqlara başlayacağını bildirib.

ABŞ bayrağının Havanada qaldırılması anı daim xatirələrdə yaşayacaq

ABŞ-Kuba komitəsinin fəaliyyətindən bəhs edən Kerri qurumun insan haqları kimi qarşılıqlı narahatlıq doğuran mövzularının müzakirəsinə başlanacağını bəyan edib. O, ilk görüşün sentyabrın 10-u və 11-i Havanada baş tutacağını bildirib.

​Kubanın xarici işlər naziri ölkəsində insan haqları durumunu müdafiə edərək, bunun ABŞ-da polis zorakılıqları ilə böyük fərqə malik olduğunu bildirib.

Bruno Rodriqez deyib ki, Kubada irqi ayrı-seçkilik, polis zorakılığı və bunların yol açdığı ölüm halları mövcud deyil.

Nazir Quantanamo məhbəsində islamçı eksremistlərin qeyri-qanuni şəkildə saxlandığı və işgəncələrə məruz qaldığını diqqətə çatdırıb.

O, əlaqələrin tam normallaşması faktorları kimi embarqonun ləğvi, qeyri-qanuni şəkildə zəbt edilən Quantanamo ərazisinin qaytarılması, insanlara vurulan mənəvi və iqtisadi ziyanlara görə kompensasiya ödənilməsini göstərib.

Kubada irqi ayrı-seçkilik, polis zorakılığı və bunların yol açdığı ölüm halları mövcud deyi

​Hər iki dövlətin, həm Birləşmiş Ştatlar, həm də Kuba səfirlikləri iyul ayının 20-dən fəaliyyətə başlayıb. Kuba ABŞ-dakı səfirliyinin rəsmi açılış mərasimini keçən ay təntənə ilə qeyd edib.

Kerri Kubaya 70 ildən sonra səfər edən ilk dövlət katibidir . Onu bir neçə Konqres üzvü və 1961-ci ildə Havanadakı Amerika bayrağını endirən ABŞ Hərbi Dəniz Donanmasının üç qocaman hərbiçisi müşayiət edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG