Accessibility links

Fidel Kastro Kuba Kommunist Partiyasının daim yaşayacağını deyib


Cəmiyyət qarşısında nadir hallarda çıxış edən Kubanın sabiq kommunist lideri Fidel Kastro çərşənbə axşamı partiya üzvləri ilə görüşü zamanı ömrünün sonuna yaxınlaşdığını, lakin təməlini 50 ildən çoxdur qoyduğu inqilabın bundan sonra da yaşayacağını deyib.

"Mənim bu yaxınlarda 90 yaşım olacaq. Mən bu haqda heç vaxt düşünməmişəm və bu, mənim səylərimin nəticəsi olmayıb, bu yalnız şans olub. Tezliklə mən də hamı kimi olacağam. Hamımızın vaxtı çatacaq, lakin Kuba kommunistləri yaşayacaq" deyə, o bildirib.

Fidel Kastro çıxışını Kuba Kommunist Partiyasının Havanada keçirilən qurultayının son günü edib. Cənab Kastro 84 yaşlı qardaşı Raulun partiyaya başçılıq müddətini daha 5 il uzadıb.

Təhlilçilərin çoxu partiyaya 70-ci və 80-ci illərdən bəri üzv olanların geri çəkilərək hakimiyyəti yeni nəslə ötürəcəyini gözləyirdi.

Raul Kastro da öz növbəsində onun hakimiyyətdə dövrü yaşlı nəslin sonunun yaxınlaşdığını etiraf edib.

XS
SM
MD
LG