Kuba bazar günü adanın cənub bölgəsi boyunca insanları təxliyə etməyə başlayıb. Belə ki, tropik Elza qasırğası bir neçə Karib adasını vurduqdan və ən azı üç nəfəri öldürdükdən sonra güclü daşqın edə bilər.
Elza Yamaykanın Monteqo Körfəzindən təxminən 175 mil (280 kilometr) şərq-cənub-şərqdə yerləşirir və qərb-şimal-qərbə 17 mil/saat (28 km) sürətlə irəliləyir.
Mayamidəki Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, küləyin maksimum sürəti 65 mil/saat (100 km/s) təşkil edib.
Fövqəladə Hallar İdarəetmə Agentliyinin verdiyi məlumata görə, təbii fəlakət St.Lusiyada bir nəfərin ölümünə səbəb olub. Təcili Əməliyyat Mərkəzindən verilən açıqlamaya görə, 15 yaşlı bir oğlan və 75 yaşlı bir qadın şənbə günü Dominikan Respublikasında ayrı-ayrı hadisələrdə divarlar çökərkən həyatını itirib.
Elsa Atlantik mövsümünün ilk qasırğası kimi Karib adalarında geniş ziyanlara yol açıb.
Ən çox zərər görənlər arasında Barbados adası olub. Burada 1100-dən çox insanın evi zədələnib.
Hökumətin pandemiya şəraitində insanları sığınacaqlara yığmamaq üçün müvəqqəti mənzillərlə təmin edəcəyini və maliyyələşdirəcəyini vəd etdiyi Barbadosda 62 evin tamamilə dağıldığı bildirilib.