Accessibility links

Kubada İnternetə alternativ yaradıblar [Video]


Kubada İnternetə alternativ yaradıblar
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan ictimai mərkəzlərdə gənclər mobil telefonlarından istifadə edərək pulsuz internetdən yararlanırlar.

Kevin: "Yüksək sürətli bağlantı olmasa da, bu xidmət pulsuzdur. Demək olar ki, internetə çox vaxt girmək mümkündür."

Çox az kubalının şəxsi internet bağlantısı var. Çünki bu ucuz deyil. Xaricilər mehmanxanalarda internetdən istifadə edə bilər. Hökumətin internet bağlantısını təkmilləşdirmə vədi yerinə yetirilməmiş qalır.

Lakin kompyuteri olan bəzi sakinlər öz şəbəkələrini quraraq əlaqə yaratmaq və sosial şəbəkələrə bağlanmağı sınaqdan keçirirlər.

Marlon: "İnterneti yerli şəbəkə ilə əvəzləyirik. Burada biz formalar, insanların bir-biriləriylə idman, mədəniyyət, musiqi kimi mövzularda fikirlərini paylaşacağı video oyun serverləri qurmuşuq."

Naqillər çox vaxt binaların üstündən keçir. Eyni məhəllədə yaşayan 10 nəfər bu şəbəkəyə qoşulub.

Sakinlərin musiqi, film və video oyunları bölüşməsi rəsmilərin diqqətini çəkmir. Lakin müzakirələr həmişə olur.

Adrian: "Hərkəs bilir ki, bizə nəzarət olunur. Onlar çox həssasdırlar və heç kim qoyduğu yatırımı və əyləncəni itirmək istəmir. Bu çox qarışıq məsələdir."

Digər ölkələrdə kompyuter həvəskarlarının internetdə video oyunlar oynadıqlarını bilən gənc kubalılar bir gün öz ölkələrində buna imkan olacağına ümid edirlər.

Marlon: "Birləşmiş Ştatların olması mühim deyil, hər hansı ölkə. Bunu etmək üçün bizim bağlantımız internetə çevrilməlidir."

Təəssüf ki, Kuba hökumətinin informasiya azadlığı qorxusu onların arzularının hələlik qarşısını alacaq.

XS
SM
MD
LG