Accessibility links

Kastronun vəfatı iqtisadi münasibətləri gündəmə gətirib [Video]


Kastronun vəfatı iqtisadi münasibətləri gündəmə gətirib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Fidel Kastronun vəfatı Kubanın iqtisadi və beynəlxalq aləmlə münasibətlərinin gələcəyini gündəmə gətirib. Bir çoxlarını Havana hökumətinin bazar iqtisadiyyatında nə kimi irəliləyiş edəcəyi maraqlandırır.

Fidel Kastro sağ ikən Amerikanın iqtisadi embarqosunu ölkə iqtisadiyyatının düşməni adlandırırdı.

Fransa prezidenti Fransua Olland da daxil edilməklə, bir çoxları Kastorunu ölümünün embarqoya son qoyulmasına imkan yaradcağını düşünür.

"Düşünürəm ki, Fidel Kastrounun vəfatı ilə Kubaya qarşı embarqo ləğv ediləcək. Kuba beynəlxalq ictimaiyyətin bərabər tərəfdaşı olmalıdır."

Kuba-ABŞ münasibətlərində yaxınlıqdan sonra bir qədər yumşalmaya baxmayaraq embarqo hələ də qüvvədədir. ABŞ şirkətlərinin Kuba ilə biznes istəyi bürokratik prosedurlara görə ləngiməkdədir.

"Fidel inqilabın intellektual lideri idi."

ABŞ senatoru, əslən kubalı olan Bob Menendez Kastronun vəfatının azadlığa doğru bir addım irəliləyiş kimi qiymətləndirsə də, o ölkə ilə biznesin adi biznes olmacağını deyib.

"Kubada nə etmək olar? Mehmanxana turizminin bir hissəsi olmaq? Siz Kuba prezidenti Raul Kastronun oğlunu görmüsünüzmü? Siz Kubada kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsiniz? Bunun üçün onun kürəkəni ilə iş aparmalısınız. Onların hər ikisi də orduda yüksək rütbəli vəzifədədir."

Kuba ilə ticarər əlaqələrinin mürəkkəbləşdirici faktorlarından biri prezident seçilmiş Donald Trampdır. O, sentyabr seçkiqabağı kampaniyaları zamanı Obamanın Kuba ilə münasibətlərin normallaşdırılması səylərini tənqid edərək, bunun qarşısını alacağı ilə hədələmişdi.

"Barak Obmanın Kuba ilə gördüyü işlər sərəncam yolu ilə aradan qaldırılacaq. Bu isə o deməkdir ki, gələcək prezident buna mane olacaq. Kastro rejimi bizim tələblərimizi qarşılayanadək bu belə olacaq. Bu tələblərə Kuba xalqının dini, siyasi azadlıqları və siyasi məhbusların azad edilməsi daxildir. "

Trampın prezident idarəsinin rəhbəri Reyns Pribus da Trampın səsinə səs verərək,Kubanın Amerika ilə normal əlaqələr qurması üçün daha artıq iş görməli olduğunu deyib.

XS
SM
MD
LG