Accessibility links

Kuba inqilab lideri Fidel Kastronun ölümünün ilk ildönümünü qeyd edir


Kuba şənbə günü inqilab lideri Fidel Kastronun ölümünün ilk ildönümümü qeyd edir. İldönümlə əlaqəli tədbirlər ölkənin yeni liderini müəyyən edəcək seçkiləri ərəfəsində keçirilir. Bazar günü keçiriləcək bələdiyyə seçkilərinin nəticəsində son 60 ildə ilk dəfə həmin şəxs Kastro qardaşları olmayacaq.

Ada ölkəsində bu şənbə başlayan tədbirlər silsiləsi 4 dekabr tarixinə qədər davam edəcək. Həmin tarixdə Fidel Kastro Santiago de Cuba məzarlığında, Kuba inqilabının elan edildiyi məkanda torpağa tapşırılıb.

Keçən il Fidel Kastronun 25 noyabr tarixində ölümündən sonra ölkədə doqquz günlük matəm elan edildi. ABŞ-ın məğlub etməyə çalışdığı Soyuq Müharibə rəmzlərindən biri 90 yaşında vəfat edib.

Kastro ölümünə qədər son on ildə sağlamlığı ilə bağlı ictimaiyyət qarşsına çox az çıxırdı. O, 2006-cı ildə bağırsaqla bağlı problemlərin həyatına ciddi təhlükə yaratmasından sonra prezidentliyi 2008-ci ildə qardaşına ötürdü.

Həftə ərzində keçirilən tədbirlər zamanı Kuba vətəndaşları bələdiyyə seçkilərində iştirak edəcəklər. Səsvermə fevralın sonu yeni prezidentin müəyyən edilməsi ilə nəticələnəck. Hazırkı prezident Raul Kastro beş il uzunluğunda iki prezident müddətini tamamladıqdan sonra kənara çəkiləcəyini bildirib.

Buna baxmayaraq, yeni rəhbərliyə keçidin tədricən baş verəcəyi güman edilir. Belə ki, Raul Kastronun ölkənin yeganə qanuni siyasi qüvvəsi olan Kommunist Partiyasının rəhbəri vəzifəsində qalacağı gözlənilir.

XS
SM
MD
LG