Accessibility links

Kastrolarsız Kuba [Video]


Kastrolarsız Kuba
please wait
Embed

No media source currently available

0:00 0:01:57 0:00

60 ildə ilk dəfə Kastrolar Kubaya liderlik etməyəcək. Bu, “Milli Assambleya”nın birinci vitse-prezidenti Migel Diaz-Keyneli prezident Raul Kastronun yerinə keçirilməsi barədə qərarından sonra baş verəcək. Bu, uzunmüddətli bir keçid olsa da, kommunistlərin idarə etdiyi bir ölkədə bunu etmək mümkün olub.

Partizan hərəkatına başçılıq edən Fidel və Raul Kastrolar 1959-cu ildə ölkədəki diktator rejimini devirərək, hakimiyyətə gəlib və həmin vaxtdan bəri Kastro adı Kubanın sinoniminə çevrilıb.

2016 ildə vəfat edən Fidel Kastro kommunizmi təbliğ etdiyi ölkəni 50 ilə yaxın idarə edib və yalnız 2008-ci ildə vəzifəsindən xəstə olduğu üçün gedib.

Qardaşının yerinə prezident vəzifəsinə keçən Raul ölkədə iqtisadi islahatlar edəcəyinə söz verib. Lakin 10 il bu vəzifədə çalışan Raul Kastro böyük dəyişikliklərə nail ola bilməyib.

Kastrolar arxasında Birləşmiş Ştatlara itaətsizlik irsi və uzun illərin zülmünü qoyub gedir. "Cuba Stady Grup" təşkilatından Endryu Otazo: “İnsan haqları irsi avtoritarizmin bir hissəsidir. Sənin bu adada söz azadlığın, mətbuat azadlığın, siyasi partiya qurmaq və ya vicdanla səsvermə hüququn yoxdur.”

Belə bir sual doğur - Kastrolardan sonra hansısa dəyişiklik olacaq, yoxsa Raul Kastronun başçılı etdiyi “Kommunist Partiyası”nın siyasəti davam edəcək? “Keçid dövründə nələr baş verəcəyinin şahidi olacağıq. Lakin Kuba hökumətinin insan hüquqlarının genişləndirilməsi üçün böyük dəstək verdiyini görmürəm" deyə, Endryu Otazo bildirir.

Tramp administrasiyası sabiq prezident Barak Obamanın 2016-cı ildə bu ölkəyə səfəri ilə nəticələnən, Kuba ilə münasibətlərin düzəlməsi qərarını ləğv edib.

Yəni Vaşinqton bu ölkədə hansısa dəyişikliyin olacağına inanmır. Dövlət Departamentinin sözçüsü Heater Nauert: “Biz daha azad və daha demokratik Kuba istəyərdik. Biz orada baş verənləri izləyəcəyik, lakin o qədər də nikbin deyilik, çünki orada proseslər demokratik deyil.”

Kuba yeni liderlik ərəfəsinə qədəm qoyur, lakin yeni istiqamət alacağına ümid azdır.

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG