Dekabrın 4-dək Kuba boyu anım mərasimləri keçiriləcək.
Kubanın Kommunist Partiyası ölkədə 9 günlük matəm elan edib.
Mərkəzi Komitə Fidel Kastronun cənazəsinin yandırılacağını bəyan edib.
Televiziya ilə yalnız informativ, vətənpərvərlik və tarixi proqramlar nümayiş etdirilir.
Ölkə boyu bayraqlar yarıya endirilib.
İctimai vidalaşma çərşənbə axşamı gününə təyin edilib. Daha sonra Kastronun külü 3 gün ölkədə prosessiyaya çıxarılacaq.
90 yaşlı Kastronun ölümünün səbəbi barədə məlumat verilmir.
Fidel Kastro 1976-cı ildən 2008-ci ilə qədər Kuba dövlətinin rəhbəri olub.
Səhhəti ilə bağlı 2008-ci ildə bütün səlahiyyətlərini qardaşı Raul Kastroya verib.
Fidel Kastro dekabrın 4-də Sandoyeqo de Kubanın Santa İfiqeniya məzarlığında toprağa tapşırılacaq.