Floridanın kiçik regional bankı tarixi bir addım atıb.
Rəsmi Vaşinqton və Havana arasında münasibətlər normallaşdıqdan sonra Stonegate bankı Kubada istifadə edilə biləcək ilk kredit kartları istifadəyə buraxıb.
“Əvvəllər hər kəs nəğd puldan istifadə etməli idi. Bu isə həm çətin, həm də təhlükəli idi. Beləliklə, turistlər bütün başqa ölkələrdə olduğu kimi burada da kredit kartlarından istifadə edə bilər”-deyə Stonegate Bankının rəhbəri Deyvid Seleski bildirib.
Yeni kart MasterCard-ın məhdudlaşdırılmış formasıdır. Stonegate bankı hələlik cəmi 1000 belə kartı istifadəyə buraxıb.
Kuba hökuməti Stonegate kartlarından istifadə edən şəxslər üçün dollar mübadiləsi zamanı toplanan 10 faiz cəriməni ləğv edəcək.
Seleski gələcəkdə adaya səfər edəcək ziyarətçilər üçün pul müdadiləsi prosesini yüngülləşdirmək üçün ABŞ-da daha çox bankın Kubada istifadə edilə biləcək kredit kartlarını istifadəyə verəcəyinə ümid etdiyini deyib.