Accessibility links

ABŞ Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarır


Kuba ABŞ prezidenti Barak Obamanı adının terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxardığı üçün alqışlayıb.

Havananın ABŞ-la əlaqələr üzrə baş diplomatı Josefina Vidal çərşənbə axşamı günü bəyanat yayımlayaraq cənab Obamanın ədalətli qərarını dəstəklədiyini bildirib.

Obama Dövlət Departamentinin Kubanın son altı ayda beynəlxalq terrorizmə dəstək vermədiyini və buna təşəbbüs etməyəcəyi haqda görüşündən sonra Konqresi qərar barədə məlumatlandırıb. Konqresin 45 gün içərisində qərara etiraz etmək haqqı var.

Birləşmiş Ştatlar Kubanı sol separatçı qrup kimi tanınan Kolumbiyanın FARC və İspaniyanın ETA təşkilatlarını dəstəklədiyinə görə 1982-ci ildə terrorizmi dəstəkləyən ölkələr siyahısına salan ilk dövlət olub.

Hazırda Havana FARC qrupu ilə Kolumbiya dövləti arasında sülh danışıqlarına başçılıq edir və ETA təşkilatı ilə əlaqələrini dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG