Accessibility links

Raul Kastro: ABŞ-la diplomatik əlaqələrin bərpası Kubada kommunist rejiminin sona çatması demək deyil


Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın Kuba ilə diplomatik əlaqələrin bərpası qərarını alqışlasa da, bunun Kubada kommunist rejiminin sona çatması demək olmadığını bildirib.

Kubanın Milli Assambleyasında çıxış edən dövlət başçısı gələn ay Havanaya səfər edəcək Amerika rəsmiləri ilə geniş əhatəli məsələlərin müzakirəsinə hazır olduğunu deyib.

Raul Kastro aprel ayında Panamada keçiriləcək Ameritka sammitində iştirak edəcəyini təsdiqləyib.

Kuba prezidenti ölkəsində kommunizmin çiçəklənməsi üçün iqtisadi islahatlar proqramını sürətləndirəcəyini, lakin bunun tədricən həyata keçiriləcəyini bildirib.

Kastro çıxışını “Yaşasın Fedel” deyə bitirib.

ABŞ prezidenti Barak Obama Kubanın kommunist liderlərinin beş ildir həbsdə olan amerikalı Alan Qrossu azad etməsindən sonra Birləşmiş Ştatlar və Kuba arasında münasibətlərdə tarixi dönüşün başladığını elan edib.

Alan Qrossun azad edilməsilə yanaşı, ABŞ-da həbsdə olan üç kubalı da azadlığa buraxılıb.

Kuba prezidenti Raul Kastro eyni vaxtda xalqa müraciətində Kubanın ABŞ-ın xeyrinə casusluq etməkdə ittiham edilən Kuba əsilli daha bir amerikalının azad ediləcəyini bildirib.

Obama Kuba ilə münasibətlərin normallaşması haqda qərarını izah edərək, “təcrid siyasətinin işə yaramadığını və yeni yanaşma tərzinə ehtiyac olduğunu” deyib. Raul Kastro ilə şərşənbə axşamı danışan cənab Obama deyib ki, o, Kuba xalqının bu münasibətlər yolu daha da güclənəcəyinə inanır.

XS
SM
MD
LG