Accessibility links

Kubalılar Kastroların hakimiyyətini yekunlaşdıracaq bələdiyyə seçkilərində iştirak ediblər


Kubalılar bazar günü bələdiyyə məclislərinə nümayəndələr müəyyən etmək üçün seçki məntəqələrinə üz tutdular. Bu səsvermə növbəti il 86 yaşlı Raul Kastronun prezident vəzifəsində əvəz edilməsində ilk addımdır. Kastro qardaşları Karib hövzəsinin kommunist adasına 1959-cu ildən bəri rəhbərlik edirlər.

Bazar günü səsvermə seçki prosesininin vətəndaşların birbaşa iştirak edə bildiyi yeganə hissəsidir. Heç bir müxalifət namizədi seçkilərə buraxılmayıb. Seçilən nümayəndələr vilayət məclisləri və parlament namizədlərinin yarısını təklif edəcəklər. Daha sonra fevral ayında həmin şəxslər dövlət şurası üzvlərini və prezidenti müəyyən edəcəklər.

Vaşinqtonda yerləşən Inter-American Dialogue mərkəzinin aparıcı təhlilçisi Piter Hakim Amerikanın Səsinə bildirib ki, bu seçkilər Kuba siyasətində yeni dövrün başlandığından xəbər vermir.

Təhlilçi deyib ki, Kuba aparıcı iqtisadi tərəfdaşı Venesuelanın üzləşdiyi çətinliklər səbəbilə qeyri-müəyyənlik mərhələsinə daxil olur. Kasto qardaşlarının 60 ilə yaxın müddətində liderliyi keçmişdə qalır, ABŞ-la münasibətlər isə yenidən soyuqlaşır.

Ehtimal edilən növbəti prezident hazırkı vitse-prezident Miqel Diaz-Kanel bazar günü Kubanın bir-partiyalı sisteminin islahatı ilə bağlı xarici ölkələrin çağırışlarını birmənalı olaraq rədd edib.

XS
SM
MD
LG