Accessibility links

Kuba höküməti onlarla siyasi məhbusu azadlığa buraxıb


ABŞ höküməti bildirir ki, Kuba ABŞ-la əlaqələri bərpa etmək haqda razılığa uyğun olaraq 53 siyasi məhbusu azadlığa buraxıb.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, Kuba höküməti məhbusları ölkədə siyasi və sosial islahatlar təşviq etdiklərinə görə həbs edib. Amerika Birləşmiş Ştatları insan haqları qruplarından məsləhət aldıqdan sonra bu məhbusların adlarını Kuba rəsmiləri ilə paylaşıb.

Vaşinqton və Havana 2014-cü ilin sonunda uzun illərdir davam edən durğunluqdan sonra iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair konkret addımların atıldığını bildirib.

XS
SM
MD
LG