ABŞ prezidenti 50 ildən çox Amerika tərəfindən təcrid edilən Kuba ilə münasibətlərdən çəkilmək istəyir.
Ağ Evin yüksək səlahiyyətli rəsmisinin bildirdiyinə görə, siyasətə yeni qaydalar əlavə ediləcək. O deyib ki, qaydalar qüvvəyə mindikdə onun təsirləri bəlli olacaq.
Yeni siyasəti prezident Mayamidə açıqlayacaq və bundan sonra qaydalar dərhal hazırlanmağa başlayacaq.
Amerikalıların Kubaya səyahətlərinin məhdudlaşdırılması ilə yanaşı, Kuba iqtisadiyyatının yarısını təmin edən GAESA ilə biznes əlaqələri yasaqlanacaq.
Donald Tramp prezident seçildiyi vaxtdan bəri Barak Obamanın Kuba ilə münasibətlərin normallaşdırılmasına dair əldə etdiyi razılıqları ləğv edəcəyi ilə hədələyirdi. Bu, iki ölkə arasında münasibətlərin bərpasına dair tarixi razılığın təhlükə altına alına bilməsinə işarə idi.
"Əgər Kuba öz xalqı, Amerikada yaşayan kubalılar və ABŞ üçün daha əlverişli razılıq əldə etməyə hazır deyilsə, mən razılığı ləğv edəcəm"-deyə Tramp Tvitter səhifəsində yerləşdirdiyi mesajında bildirmişdi.
Prezident Obama Kastro administrasiyası və Kuba hökuməti arasında münasibətlərin bərpası istiqamətində iki il iş aparıb.
Bu səylərin kulminasiya nöqtəsi 50 ildən sonra ilk dəfə olaraq iki ölkə arasında birbaşa təyyarə uçuşlarının bərpası və səfirliklərin yenidən açılması olub.