Accessibility links

ABŞ Kubadakı diplomatlarının sayını daimi qaydada azaltdı


ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Kubadakı səfirliyinin əməkdaşlarının sayını daimi qaydada azaldacağını bəyan edib. Bu bəyanat diplomatik heyətin Havanadakı səfirlikdə müəmmalı "səhhət problemləri" ilə üzləşməsindən 6 ay sonra verilib.

Ötən il Kubadakı amerikalı diplomatlar yaddaş itkisi, başağrılar və başqa qəribə simptomlardan əziyyət çəkdiklərini bildirmişdilər. Səfirliyin 24 əməkdaşı oxşar tibbi şikayətlərlə həkim müayinəsi üçün müraciət etmişdilər. Cavab olaraq həmin vaxt ABŞ 60 diplomatını Havanadan çıxarmışdı.

Ötən il Kubadakı amerikalı diplomatlar yaddaş itkisi, başağrılar və başqa qəribə simptomlardan əziyyət çəkdiklərini bildirmişdilər.

ABŞ rəsmiləri Kuba hökumətini hansısa qeyri-dürüst əməldə ittiham etməsələr də, bu addımı diplomatik heyət üzvlərinin sağlamlığını qorumaq məqsədilə atdıqlarını bildiriblər.

İndən belə ABŞ-ın Havanadakı səfirliyi “müşayiətsiz post” statusuna malik olacaq ki, bu da o deməkdr ki, diplomatlar özləri ilə ailə üzvlərini gətirə bilməzlər.

ABŞ-Kuba diplomatik münasibətləri sabiq prezident Barak Obamanın təşəbbüsü ilə 2015-ci ilin iyul ayında bərpa olunmuşdu. Bu olaydan bir neçə ay sonra Obama Kubaya tarixi səfər edərək orada Raul Kastro ilə görüşmüşdü.
ABŞ-Kuba diplomatik münasibətləri sabiq prezident Barak Obamanın təşəbbüsü ilə 2015-ci ilin iyul ayında bərpa olunmuşdu. Bu olaydan bir neçə ay sonra Obama Kubaya tarixi səfər edərək orada Raul Kastro ilə görüşmüşdü.

Səfirlik bundan sonra yalnız ABŞ vətəndaşlarına fövqəladə hallarda yardım xidməti göstərəcək. ABŞ-a gəlmək üçün viza almaq istəyən kubalılar başqa ölkədəki konsulluğa müraciət etməlidirlər.

ABŞ-ın Havanadakı diplomatik mövcudluğunu məhdudlaşdırmaq qərarı kritik məqamda ABŞ-Kuba münasibətlərinə zərbə vurur. Belə ki, Prezident Raul Kastronun aprel ayında təqaüdə çıxacağı və son 60 ildə Kuba hökumətinin ilk dəfə olaraq yenilənəcəyi gözlənilir.

XS
SM
MD
LG