Accessibility links

Rusiyanın cənubunda Azərbaycanın investisiyaları artıb


Kuban vilayəti
Kuban vilayəti

Hazırda burada pektin, şəkər zavodu, mini-NEZ, alüminiumdan metalprofil və gücü 1 hektardan 700 ton olan istixana kompleksi tikilir.

Kubanın xarici iqtisadi fəaliyyət departamenti məlumat verir ki, Azərbaycan investorları Rusiyanın cənubuna investisiyaları artırmaq niyyətindədir.
Turan Agentliyinin məlumatına görə, hazırda diyarın ərazisində pektin, şəkər zavodu, mini-NEZ, alüminiumdan metalprofil və gücü 1 hektardan 700 ton olan istixana kompleksi tikilir.
Departament investorların adını çəkmir, amma məlumdur ki, Azersun Holding-ə məxsus "Anadolu İnvestment Kompani" Azərbaycan şirkəti burada bir sıra layihələri uğurla həyata keçirib. Məsələn, bu il gücü 50 mln şərti banka olan meyvə-tərəvəz konserv zavodu işə salınıb. O, tərəvəz, yaşıl noxud, qarğıdalı konservləri, tomat pastası, marinad, kompot, mürəbbə, cem, souslar istehsal edir. Şirkət Beloreçensk rayonunda özünün əkin sahələrində (1000 ha) yetişdirilən xammaldan istifadə edir.
2010-cu ildə "Anadolu İnvestment Kompani" burada gücü ildə 25 mln qutu olan “Kuban tea” çay fabriki tikib. Burada “Kuban tea”, “Azərçay”, “Mariyam” çayları buraxılır.
Azərbaycan Rusiyanın cənubunda iştirakını artırır. Statistik məlumatlara görə, əmtəə dövriyyəsinin 88%-i bu regionun payına düşür.
Rusiyanın cənubu Azərbaycanın xarici investisiyalarında prioritetlərdən biridir. Ötən ilin payızında hökumətin iclasında prezident Əliyev bəyan edib ki, ölkənin artan valyuta ehtiyatları o cümlədən prioritet kimi Rusiyanın cənubunda xarici iqtisadi fəaliyyəti genişləndirmək imkanı verir.
XS
SM
MD
LG