Meri Paris: "Bu çini fincan və nəlbəki albalı ağacının çiçəkləri motivi əsasında bəzədilib. Fincanın üzərində Vaşinqtonda albalı ağaclarının çiçək açdığı vaxt göstəilir. Burada insanların şəkil çəkməsi, ailələrin gəzintisi, eləcə də prezident Barak Obama və birinci xanım Mişel Obama təsvir olunub."
Meri Paris miniatür hazırlamağa 15 il bundan əvvəl başlayıb.
Meri Paris: “Siz öz xəyalınızdakı kiçik dünyanı yarada bilərsiz. Yəqin ki, miniatürün bu tərəfi məni özünə cəlb edir.”
Paris Mont Vernon Miniatürlər Klubunun üzvüdür. O və başqaları ayda bir dəfə kitabxanada qruplar üzrə lahiyələr üçün bir araya gəlir.
Laure Sisson: “Bu, oyuncaq evdir. Biz bir yerdə hazırladığımız miniatürləri sonradan təşkilata bağışlayırıq.”
Klubun prezidenti Laure Sisson deyir ki, üzvlərin çoxunun yaşı 50-dən yuxarıdır.
Laure Sisson: “Burada dünyanın hər yerindən insan var. Biz onlayn görüşürük. Mənim Türkiyə və Avstraliyada dostlarım var. İngiltərədə olan insanlarla email vasitəsilə əlaqə saxlayırıq. Biz hamımız dostuq və miniatürləri sevirik.”
Rut Dubua bu oyuncaq evi 12 il əvvəl alanda onun içi boş olub.
Rut Dubua: “Mən bunun üzərində çoxdandır işləyirəm. Mənim həyat yoldaşım işıqları düzəltdi. Mən divar kağızlarını və döşəməni hazırladım. Hər otaq üçün bütün əşyaları bir-bir qurdum.”
Oyuncaq ev hazırlamaq hobbi kimi başlasa da daha sonra bu, Dubua cütlüyü üçün biznesə çevrilib. Onların dükanı Merilend ştatında yerləşir. Dükanda miniatür mebel, bəzək əşyaları və tikinti materialları var.
Rut Dubua: “Mənim həyat yoldaşım evlərin tikilməsi ilə məşğul olur. O bütün elektrik işlərini görür. Mən müştərilərlə işləyirəm, onlara istədikləri döşəmənin, mebelin seçimində kömək edirəm. Müştərilərlə işləmək əyləncəlidir.”
Dubua deyir ki, onun müştərilərinin yaşı 3 yaşından 80 yaş arasındadır.
Klubun prezidenti Lori Sission inanır ki, gözəl miniatürləri hazırlayıb paylaşmaqla onlar həyatlarını da bir-biriləri ilə paylaşır.