Accessibility links

Uşaqları və böyükləri heyran qoyan kukla teatrı [Video]


Uşaqları və böyükləri heyran qoyan kukla teatrı
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Uşaqları və böyükləri heyran qoyan kukla teatrı

Bir zamanlar ABŞ-da kukla teatları geniş yayılmışdı, amma bu günlər ölkədə yalnız 40 kukla teatrı mövcuddur. Hazırda Qərbi Virciniya ştatında bir tək Wonderment Kukla Teatrı var. Teatrın sahibi Co Santoro deyir ki, o, kukla teatrının artisti olmaq üçün dünyaya gəlib. O, həftə sonları şouları ilə tamaşaçılara böyük zövq verir.

Co Sandoro ən çox sevdiyi sənətlə məşğul olur – gənc və gənc ruhu olanlar üçün kukla tamaşalarını səhnələşdirir və ifa edir. O, ənənəvi nağıllarla yaradıcı ideyaları birləşdirib Qurbağa şahzadə kimi hekayələr yazır.

“Mən özümü onların yerinə qoymağa çalışıram. Onların yerində olsam əylənmək, fərqli bir şey görmək və bu fantaziyaya dalmaq istəyərəm.”

Santoro Nyu-Yorkda böyüyüb və uşaq yaşlarında kukla teatrlarının çox populyar olduğunu xatırlayır. O deyir ki, indi də uşaqlar kukla tamaşalarını sevir.

“Onlar gülməli və bir çox personajın yer aldığı tamaşaları sevir.”

İbtidai məktəbdə incəsənət müəllimi olan Santoro kuklaların köməyi ilə xüsusi qayğıya ehtiyacı olan şagirdlərə dərs keçib və ara-sıra şənliklərdə və digər tədbirlərdə çıxış edib.

Bir neçə il bundan öncə o, xanımı ilə birlikdə Qərbi Virciniyanın Martinsburq şəhərində 19-cu əsrə aid bir ev alıb və burada Wonderment Kukla Teatrını yaradıb. Teatrın tamaşaçılarının əksəriyyəti buradan bir neçə saatlıq məsafədə yaşayır.

Məsələn, bu tamaşa ərköyün qızı olan bir kral haqqındadır. Qız istədiyi hər şeyi edə biləcəyini düşünür, amma bu hal o, qurbağa şahzadəyə rast gələnədək davam edir.

Bütün tamaşa boyu Santoronun əlləri dolu olur. Kuklaları oynatmaqdan tutmuş işıqları-yandırıb söndürməyə qədər hər şeyi o özü edir. Kuklaların və digər səsləri isə əvvəlcədən yazılır.

Tamaşadan sonra bir balaca oğlan qurbağaya heyran qaldığını deyir, xüsusən də qurbağa yuxulayıb xorlamağa başlayandan sonra.

Onun anası isə kukla tamaşasını ilk dəfədir ki izləyirdi.

“Bu televizorda, kompyuterdə gördüklərimizdən tamamilə fərqlidir. Burada uşaqlar təxəyyülün gücündən istifadə edilə bilər.”

Bu valideyinlər isə teatra iki balaca uşağını gətirib.

Santoro kuklaları özü ucuz materillardan hazırlayır. O hətta əlcəklərdən belə istifadə edəcək.

“Burada iki göz, burun və ağız düzəldəcəm.”

Santoro özünü təxəyyül və zarafatı bölüşməyi sevən böyük bir uşaq hesab edir.

“Hər dəfə səhnəyə çıxanda elə bil yeni tamaşa ilə çıxış eddirəm. Mən bunun hər dəqiqəsindən həzz alıram.”

Tamaşaçıların az və ya çox olmasına baxmayaraq, Santoro tamaşalarını davam etdirir.

XS
SM
MD
LG