Almaniya rəsmiləri deyir ki, İslandiyanın Qrimşvotn vulkanından havaya qalxan kül dumanı nəticəsində Berlin, Bremen və Hamburq hava limanları bağlanıb.
Ekspertlərin fikrincə kül dumanı dünəndən bəri seyrəkləşməyə başlayıb. Dünən Şotlandiyaya çatan duman Britaniyada yüzlərlə uçuşun təxirə düşməsinə səbəb olub. Dumanın Skandinaviya yarımadasının üzərindən şərqə doğru hərəkət edərək Hollandiya və Almaniyanın şimalına çatacağı gözlənilir.