Accessibility links

Ağ Ev: Amerika iqtisadiyyatı dirçəliş mərhələsindədir


Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlounun bildirdiyinə görə, dünyanın ən böyük iqtisadiyyatı olan Amerika iqtisadiyyatı hazırda dirçəliş mərhələsindədir. CNN-ə danışan müşavir deyib ki, 20121-ci il daha möhkəm il olacaq.

O, hər həftə federal hökumətin ştat ödənişlərindən əlavə 40 milyon işini itirənlərə 600 dollar məbləğində ödənilən işsizlik kompensasiyalarının planlaşdırıldığı kimi iyul ayının sonunda başa çatacağını deyib.

Tramp administrasiyası isə işlərə qayıtmaq və 2 ay yarımdır davam edən işsizlik təzminatı müqabilində bəzi bonusların nəzərdən keçirildiyini bildirib.

Bəzi qanunvericilər işlərə qayıtmaq üçün birdəfəlik 1 200 dollar məbləğində ödəniş təklif edib.

Larri Kudlounun bildirdiyinə görə, işsizlik kompensasiyaları 50 ştatda davam etdiriləcək. Hər ştat özünə görə ödənişlər edir.

Kudlounun iqtisadiyatla bağlı nikbinliyinə baxmayaraq, o, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının davam etdiyini deyib.

Amerika dünyada 115 436 ölüm halları ilə birinciliyini saxlamaqdadır.

Amerikada yoluxma halı digər ölkələrdən 2 milyondan çoxdur.

Kudlou deyib ki, insanlar 2 metrlik məsafə saxlamaq və maska taxmaq kimi təhlükəsizlik qaydalarına riayət etməlidir.

ABŞ-da rəsmi işsizlik may ayında 13.3% olub. Lakin rəsmilər sorğularda səhvlərə yol verildiyi üçün bu göstəricinin 16.4% olduğunu düşünür.

XS
SM
MD
LG